"Ermənistan-Türkiyə sərhədinin tezliklə açılacağını gözləyirik" - Paşinyan

\"Ermənistan-Türkiyə sərhədinin tezliklə açılacağını gözləyirik\" - Paşinyan
Dünya 06 Oktyabr 2026 12:45

"Yaxın gələcəkdə, TRIPP layihəsinin inkişafı ilə paralel olaraq, Ermənistan-Türkiyə sərhədinin, eləcə də Ermənistanla Azərbaycan və Ermənistanla Türkiyə arasında dəmir yolu əlaqələrinin açılmasını gözləyirik".

Sitat.info xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 6-da İrəvanda keçirilən Ermənistan-Britaniya Biznes Forumunda bildirib.

O, TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqəsinin də qurulmasının vacibliyini qeyd edib. 

Onun sözlərinə görə, Şimal-Qərb avtomobil yolu layihəsi tam sürətlə həyata keçirilir və dəmir yolu ilə paralel olaraq, eyni istiqamətdə Şərq-Qərb istiqamətində də yolların açılması planlaşdırılır.