Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Fəxrəddin Altun, Suriyadakı proseslərlə bağlı mediaya məsuliyyətli yayımlarla bağlı xəbərdarlıq edib. O, Türkiyənin mövqeyi ilə bağlı rəsmi açıqlamalara üstünlük verilməsini bildirərək: “Vətəndaşlarımız təsdiqlənməmiş məlumatlara inanmasınlar”, - deyib.
Sitat.info xəbər verir ki, Altun, sosial media hesabında paylaşdığı açıqlamada, Suriyadakı hərbi vəziyyəti diqqətlə izlədiklərini vurğulayaraq bunları qeyd edib:
“Dezinformasiyanın adi vaxtlarla müqayisədə daha çox yayıldığı belə bir dövrdə, mediamızın məsuliyyət şüuru ilə vətəndaşlarımızın məlumat alma hüququnu və ölkəmizin maraqlarını qoruyan, xüsusilə hərbi və kəşfiyyat məxfiliyinə ciddi şəkildə riayət edən, əsassız xəbərlərdən, yalnız şayiələrə əsaslanan məlumatlardan və həqiqətdən uzaq şərhlərdən çəkinən bir yayım siyasəti aparacağına inanırıq”.
Kənan Yusif
Sitat.info