Gələn il danışıqlar başlaya bilər: Tramp Putin və Zelenskini belə şantaj edəcək... ŞƏRH

14:05 6 Dekabr 2024

Bu günlərdə Ukrayna prezidenti  torpaqları qaytarmadan, Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınması şərtilə münaqişənin qaynar fazasını dayandırmağa hazır olduqlarını bəyan edib. Bu artıq danışıqlar masasına oturacağı deməkdirmi və müharibənin tezliklə sona çatmasına gətirib çıxara bilərmi?  

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən iqtisadçı eskpert, Real partiyasının sədri Natiq Cəfərli bildirib ki, Zelenskinin hazırki durumda danışıqlar masasına oturması üçün ilk olaraq öz fərmanını ləğv etməlidir: "Zelenski fərman imzalamışdı ki, danışıqlar aparmaq qadağandır, gərək bu ləğv edilsin. Hansı formatda danışıqların aparılması ilə bağlı olaraq da öz fikrini söyləməlidir. Təssüf ki, hazırda Zelenskidən və Ukraynadan çox az şey aslıdır, daha çox ABŞ-nin mövqeyindən asılı olacaq ”.
Ekspert vurğulayır ki, danışıqlarda moderator rolunu Amerika oynasa, bu zaman hər şey  Tramp administrasiyanın yanaşmasından aslı olacaq: "Böyük ehtimalla elə də olacaq,  Zelenski anlayır ki,  Tramp Administrasiyası daha çox anlaşmaya meyllidir. Ona görədə ən azından danışıqlara start vermək üçün ilkin şərt və fikirlərini  açıqlayır".


N. Cəfərli  qeyd edib ki,  hər şey Trampın mövqeyindən  asılı olacaq : "Tramp da hər iki tərəfi şantaj edərək, ikili şantaj metodu ilə  danışıqlar masasını qurmağa çalışır. Masa qurulub anlaşma olmasa, Tramp Rusiyaya deyəcək ki, Ukraynaya milyardlarla ən müasir silahlar verəcəyik və müharibəni daha da alovlandıracağıq, belə olduğu halda da sizə daha da ziyan olacaq. Ukraynaya isə deyəcək ki, bu şərtlərlə razılaşmasanız, bir güllə belə verilməyəcək. Göründüyü kimi Amerikanın əsas məqsədi, bu cür metodlarla hər iki tərəfi anlaşma masasına cəlb etməkdir". 

Tehran Yusifli,

Sitat.info



Xəbər xətti