Suriyanın Latakiya və Qamışlı şəhərlərindəki hava limanları yanvarın 21-dək fəaliyyət göstərməyəcək.
Sitat.info xəbər verir ki, bu barədə Dəməşqin uçuş-informasiya regionunun nəzarət xidməti məlumat yayıb.
Qadağa Suriyada 2024-cü il dekabrın 8-də hakimiyyət dəyişikliyindən sonra tətbiq olunub.
Qeyd edək ki, daha öncə qadağanın yanvarın 6-ı axşama qədər qüvvədə olacağı güman edilirdi.
Dəməşq hava limanı isə yanvarın 7-dən beynəlxalq reysləri qəbul edəcək.