Suriyanın Dəməşq hava limanında beynəlxalq uçuşlar bərpa edilib.
Sitat.info xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qeyd edilib ki, Bəşər Əsədin devrilməsindən sonra ilk dəfə olaraq Dəməşq hava limanında beynəlxalq uçuşlar bərpa edilib.
Məlumata görə, Suriya Hava Yollarına məxsus təyyarə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərinə uçmaq üçün səhər saat 11:45 radələrində havaya qalxıb.