Şimali Koreya dünən yeni tip orta mənzilli hipersəs ballistik raketi sınaqdan keçirdiyini açıqlayıb və sınağın uğurla tamamlandığını bildirib.
Sitat.info xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In raket sınaqlarını şəxsən izləyib.
Kim dünyada yalnız bir neçə ölkənin belə bir silah sisteminə sahib ola biləcəyinqeyd edib.
Hipersonik raketin "Sakit okean bölgəsindəki bütün rəqiblərə qarşı istifadə edilə biləcəyini" qeyd edən Kim, raket sınağının "müdafiə" məqsədi ilə həyata keçirildiyini bildirib.
Cənubi Koreya dünən Şimali Koreyanın hipersəsli hesab edilən raketi Yapon dənizinə (Şərq dənizi) doğru atdığını və raketin təxminən 1100 kilometr uçduqdan sonra suya düşdüyünü açıqlamışdı.
Nigar,
Sitat.info
Şimali Koreya lideri Kim Çen In 2024-cü ildə bərk yanacaqla işləyən orta mənzilli hipersonik raketin sınaq atışını yoxlayıb.