Fitso Rusiya qazını Brüsseldə müzakirə edəcək

19:00 7 Yanvar 2025

Slovakiya Baş naziri Robert Fitso yanvarın 9-da Avropa Komissiyasının (AK) nümayəndələri ilə görüşdə Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması məsələsini müzakirə edəcək.

Sitat.info xəbər verir ki, bu barədə “Röyters” Slovakiya hökumətinə istinadla məlumat yayıb.

Məlumata görə, görüş Brüsseldə keçiriləcək.

Qeyd edək ki, Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqli yanvarın 1-dən dayandırılıb.



Xəbər xətti