Moskva-Termez reysini yerinə yetirən “Özbəkistan Hava Yolları”na məxsus təyyarə duman səbəbindən hava limanına eniş edə bilməyib.
Sitat.info xəbər verir ki, bu barədə “RİA Novosti”yə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“Özbəkistan Hava Yolları”na məxsus HY-9610 Moskva-Termez reysinin ekipajı təyinat hava limanında güclü duman səbəbindən Səmərqəndə yola düşmək qərarına gəlib”, - şirkətin açıqlamasında bildirilib.
Həmçinin, qeyd olunub ki, hava şəraiti yaxşı olarsa, təyyarə Termezə uçacaq.