"Qara qutu”lar qəzadan 4 dəqiqə əvvəl qeydiyyatı dayandırıb

12:08 11 Yanvar 2025

Ötən il dekabrın 29-da qəzaya uğrayan “Jeju Air” təyyarəsinin “qara qutu”ları təyyarə Cənubi Koreyanın Muan hava limanında beton qurğuya çırpılmazdan təxminən dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb.

Sitat.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın Nəqliyyat Nazirliyi məlumat verib.

Ölkə hakimiyyəti Cənubi Koreyada baş vermiş ən böyük aviaqəza olan və 179 nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbini başa düşmək üçün "qara qutular"ın yazılarını təhlil etməyi planlaşdırırdı.

Qeyd olunub ki, səs yazısının bir hissəsinin itdiyi aşkar edildikdən sonra qeydiyyatçılar ABŞ-nin Nəqliyyatın Təhlükəsizliyi üzrə Milli Şurasının laboratoriyasına göndərilib./Axar.az



Xəbər xətti