II Qarabağ müharibəsi qazisi, Qaradağ rayon sakitini Artamonov Denis İqor oglu ona məxsus həyət evində qaz sayğacının plombunun qırılmasına görə Azəriqaz İB tərəfindən 1600 manat cərimələndiyini bildirərək, şikayət edib.
Bu barədə Sitat.info-ya müraciət edən Qarabağ qazisi hadisə 2023-cü ildə baş verdiyini bildirib: "Qaz sayğacı hasardan çöldə olduğuna görə ona mən məsuliyyət daşımıram. Azəriqaz haqsız yerə mənə 1600 manat cərimə yazıb. Mən dövlətdən 80 manat veteran pulu alıram, heç yerdə də işləmirəm. Bu cəriməni necə ödəyim? Xahiş edirəm ki, aidiyyatı qurumlar mənə köməklik göstərsinlər".
Məsələ ilə bağlı Azəriqaz İB-nin mətbuat xidmətinə rəsmi soğru göndərilib. Qurumdan cavab olaraq, problemin araşdırılacağı bildirilib.
Daha ətraflı təqdim etdiyimiz videoda qazimizin öz dilindən eşidin:
Məğrur Salmanov,
Sitat.info