Ümit Özdağ Ankarada saxlanıldı

22:48 20 Yanvar 2025

Türkiyədə Prezidenti təhqir etdiyi üçün barəsində istintaq başladılan Zəfər Partiyasının sədri Ümit Özdağ Ankarada saxlanılıb.

Sitat.info xəbər verir ki, İstanbul Baş Prokurorluğundan verilən açıqlamada, Özdağın dünənki çıxışında prezident Rəcəb Tayyib Ərdoğanla bağlı verdiyi ifadələrə görə sözügedən istintaqın başladığı bildirilib.

Baş Prokurorluq açıqlamasında Özdağın sözlərində təhqir və təhdidlər olduğunu bildirib.

Aytac,

Sitat.info



Xəbər xətti