Bakı-Quba yolunda təhlükəli ANLAR!- YPX olmasaydı... - VİDEO

11:22 4 Fevral 2025

Respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi yaşayış məntəqələrinin sakinləri ilə davamlı olaraq aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də yolu nəzərdə tutulmayan yerlərdən keçərək özlərini təhlükəyə atan piyadalara rast gəlinir.

Sitat.info xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Yeni Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınan bu görüntülərdə isə yolda nəzarətsiz qalan azyaşlıların köməyinə yenə də ərazidə xidmət aparan YPX Alayının əməkdaşları çatıb.

Bildirək ki, Baş Dövlət Yol Polisi İdarəsi valideyn məsuliyyətsizliyindən qaynaqlanan belə halların həmişə xoş sonluqla bitmədiyini xatırladır və bir daha piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarını həyati vacib norma olaraq qəbul etməyə, hərəkət zamanı şəxsi məsuliyyət hissini unutmamağa çağırır!

Sitat.info



Xəbər xətti