İsveçdə məktəbə atışma: Ölənlərin sayı 11-ə çatıb

15:33 5 Fevral 2025

İsveçdə məktəbə hücum nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Sitat.info xəbər verir ki, İsveç polisi Örebroda məktəbə atışma nəticəsində ölənlərin sayının 11-ə yüksəldiyini açıqlayıb.

Baş nazir Ulf Kristersson paytaxt Stokholmdan 200 kilometr qərbdə yerləşən Örebrodakı məktəbə hücumu "İsveç tarixindəki ən dəhşətli kütləvi atışma" adlandırıb.

Polis, şübhəlinin öldürülənlər arasında olduğunu və onun təkbaşına hərəkət etdiyi ehtimalını açıqlayıb. Hücumun motivinin hələ də bəlli olmadığını bildirib.

Nigar,

Sitat.info 



Xəbər xətti