"Medera Hospital" MMC-nin qanuni təmsilçisi İbrəhim Əliyev siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta üzrə cərimə oluna bilər.
Sitat.info Qaynarinfo-ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol irəli sürülüb.
Klinikanın rəhbəri İbrəhim Əliyev Nadim oğlu Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından Binəqədi Rayon Məhkəməsinə şikayət verib.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000, vəzifəli şəxslər 3000-5000, hüquqi şəxslər 20000-25000 manatadək cərimə edilir.
İşə 18.02.2025-ci il tarixində də baxılacaq.