Bakının Nizami rayonunda sərnişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info-nun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1986-cı il təvəllüdlü Nəbiyev Nicat Firidun oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.