“Parni iz Baku” KVN komandasının üzvü, əməkdar artist Cabir İmanovun avtomobil idarə etmək hüququ 6 aydan bir ilədək müddətə məhdudlaşdırıla bilər.
Sitat.info xəbər verir ki, C.İmanov İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
C.İmanovla bağlı iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə gönd