İstanbulda tarixi “Mısır Çarşısı”nda yanğın baş verib.
Sitat.info NTV-yə istinadən xəbər verir ki, yanğın bazarın yanındakı restoranda qeydə alınıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və təcili tibbi yardım maşınları cəlb edilib.
Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın qısa müddətdə nəzarətə götürülüb.
Hadisə nəticəsində ölən və yaralananlar olmayıb.
4 mərtəbəli restoran binasındakı yanğının baş vermə səbəbi hələlik bəlli deyil.