Sabunçuda avtomobillər toqquşub, yaralananlar var

09:40 18 Fevral 2025

Bakının Sabunçu rayonunda iki nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Azaqova Nuranə Vüsaməddin qızı və 2013-cü il təvəllüdlü R.Azaqlı xəsarət alıblar.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti