“Qazaxıstan AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri barədə yekun hesabatını cari ilin dekabrın sonuna qədər başa çatdırmalıdır”.
Bu barədə məlumatı brifinqdə Qazaxıstan nəqliyyat nazirinin müavini Talqat Lastaev açıqlayıb.
“Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tövsiyə etdiyi standartlara, tələblərə uyğun olaraq araşdırma bir il davam etməlidir. Buna uyğun olaraq, araşdırma ilə bağlı yekun hesabat cari ilin dekabrın sonuna qədər tamamlanmalıdır”, - deyə Lastaev qeyd edib.