Son on ildə dünyada buzlaqların ərimə sürəti əhəmiyyətli dərəcədə artıb. Alimlər xəbərdarlıq ediblər ki, ərimə gələcək illərdə gözlənildiyindən daha sürətlə inkişaf edə və dəniz səviyyəsinin qalxmasına səbəb ola bilər.
İsveçrənin Sürix Universitetindən prof. Maykl Zemp bildirib ki, tapıntılar şok edicidir: "Bu təəccüblü deyil. Qlobal temperatur insan fəaliyyəti nəticəsində atmosferə atılan istixana qazları səbəbindən yüksəlir və bu, buzlaqların itkisini sürətləndirir",
Buzlaqların əriməsi qlobal su səviyyəsini təhdid edir. Beynəlxalq tədqiqat qrupu tərəfindən aparılan araşdırma 2012-2023-cü illər arasında buzlaqların itkisinin 2000-2011-ci illər ilə müqayisədə 36 faiz artdığını müəyyən edib. Araşdırmaya görə, hər il orta hesabla 273 milyard ton buz itirilir.
Ümumdünya Buzlaqların Monitorinqi Xidmətinin (WGMS) koordinasiya etdiyi araşdırmada, ötən əsrdə sahə və peyk ölçmələri birləşdirilərək qlobal ərimənin qiymətləndirilməsi aparılıb. Nəticələr Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin (IPCC) son hesablamalarından daha sürətli buzlaqların itirilməsinə işarə edir.
"Buzlaqların itkisinin bu əsrdə gözləniləndən daha sürətli olacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, dəniz səviyyəsi əvvəllər proqnozlaşdırılandan daha çox yüksələ bilər", - Zemp bildirib.
Bəzi buzlaqlar bu əsrdə sağ qalmayacaq.
Araşdırmaya görə, 2000-ci ildən bəri qlobal buzlaqların təxminən 5 faizi itirilib. Lakin bu itkilər regional fərqləri göstərir. Antarktidadakı buzlaqların cəmi 2 faizi əridiyi halda, Avropa Alp dağlarında bu nisbət 40 faizə çatır.
Mütəxəssislər vurğulayırlar ki, kiçik buzlaqlar daha sürətlə əriyir və onların bir çoxu bu əsrin sonunda tamamilə yox ola bilər.
Qlobal dəniz səviyyəsinin qalxmasının ikinci ən böyük səbəbi kimi buzlaqlar göstərilir. 2000-ci ildən bəri buzlaqların əriməsi səbəbindən dəniz səviyyəsi təxminən 2 santimetr qalxıb. Alimlər deyirlər ki, bu artım bütün dünyada sahilyanı ərazilərdə yaşayan dörd milyon insanı daşqın təhlükəsi ilə üz-üzə qoya bilər. Araşdırmaya görə, indiyədək dəniz səviyyəsinə daha çox təsir edən daha çox kiçik buzlaqların əriməsi olub. Bununla belə, alimlər bildirirlər ki, Qrenlandiya və Antarktidadakı nəhəng buz təbəqələri oxşar tendensiya nümayiş etdirərsə, bunun qlobal miqyasda ciddi nəticələri ola bilər.
Exeter Universitetindən Prof Martin Siegert deyib ki, buz təbəqələri getdikcə daha çox kütlə itirir: "Onlar 30 il əvvələ nisbətən altı dəfə daha sürətli əriyir. Əgər bu dəyişiklik sürətlənərsə, biz artıq santimetrlərdən yox, metrlərdən dəniz səviyyəsinin qalxmasından danışacağıq. Buzlaqların itkisini dayandırmaq istəyiriksə, istixana qazı emissiyalarını azaltmalıyıq. Bu, həm sadə, həm də mürəkkəb bir həlldir. Qlobal temperatur artımını azaltmaq üçün atacağımız hər bir addım bizə pul, həyat və problemdən qənaət vəd edir"
Məğrur,
Sitat.info