Kürdəmirdə maşın kanala aşıb, iki nəfər ölüb

21:11 20 Fevral 2025

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info Apa-ya istinadən xəbər verir ki, rayonun Şilyan kəndindən keçən hissəsində avtomobil kanala aşıb.

Nəticədə iki nəfər ölüb. “Mitsubishi” markalı 90 NY 966 dövlət nömrə nişanlı avtomobildə olan Kürdəmir rayon sakinləri 1967-ci il təvəllüdlü Hacıyev Elşən Hacıbaba və 1977-ci il təvəllüdlü Əhmədov Cabir Yolçu oğlu vəfat edib.

 



Xəbər xətti