Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

11:10 21 Fevral 2025

Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunun piyadanı vuraraq öldürməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov "Report"a bildirib ki, fevralın 19-da saat 22:00 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində 1961-ci il təvəllüdlü İlqar Əliyev idarə etdiyi “Daewoo” markalı marşrut avtobusu ilə yolu keçən  1973-cü il təvəllüdlü Z.Xibabayevi vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.



Xəbər xətti