Qarabağda mina partlayışı: İmanov yaralandı...

19:40 21 Fevral 2025

İşğaldan azad olunmuş ərazidə mina hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.

Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.



Xəbər xətti