Ağcabədidə ağır qəza - 5 nəfər öldü

21:49 28 Fevral 2025

Ağcabədi rayonunda baş verən zəncirvari qəzada beş nəfər ölüb.

Sitat.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.

“Mercedes”, “Hyundai” və “VAZ” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada “VAZ”ın sürücüsü, həmçinin maşındakı dörd sərnişin hadisə yerində ölüb.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Qəza nəticəsində ölən şəxslərin adları bəlli olub.

Bunlar Hüsiyev Vüsal Məmməd oğlu (1990), Əmrahov Sənan Aqil oğlu (1991), Aslanov Azər Fəyyaz oğlu (1992), Ələsgərov Asiman Yaşar oğlu (2007) və Aslanov Elbəy Mövsüm oğludur.

***

TƏBİB-dən Sitat.info-ya  bildirilib ki, 28.02.2025-ci il tarixində saat 19:30 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Onlardan 1992-ci il təvəllüdlü şəxs qarın boşluğunun küt travması diaqnozu ilə tibb müəssisəsinin əməliyyat blokuna yerləşdirilib.

Digər 4 nəfər isə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisə nəticəsində 5 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

 







Xəbər xətti