Filippində qırıcı təyyarə yoxa çıxıb

14:42 4 Mart 2025

Filippin Hərbi Hava Qüvvələrinə məxsus FA-50 döyüş təyyarəsi təlim zamanı itib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Filippin Hərbi Hava Qüvvələri itkin düşən təyyarənin və ekipajının tapılması üçün axtarış əməliyyatının başladığını açıqlayıb.

Təlim çərçivəsində FA-50 tipli döyüş təyyarələri Sebu şəhərindən havaya qalxıb. Təyyarələr hədəf əraziyə çatmamış onlardan biri ilə əlaqə kəsilib. Digər təyyarələrin itmiş təyyarə ilə əlaqə saxlamaq cəhdləri uğursuz alınıb.

Türkanə,

Sitat.info



Xəbər xətti