İsrailin Qəzzanın şərqindəki əl-Şücayyə bölgəsindəki yaşayış məntəqəsinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 35-ə çatıb, onlarla insan itkin düşüb.
Sitat.info xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalı məlumat yayıb.
Qəzzanın Səhiyyə Nazirliyi ölənlərin sayının artacağını ehtimal edir. Belə ki, mülki müdafiə qüvvələri və yerli sakinlər dağıntıların altında qalanları çıxarmaq üçün axtarış-xilasetmə işlərini davam etdirirlər.