ABŞ və Rusiya arasında səfirlik fəaliyyəti ilə bağlı məsələlərin müzakirə olunacağı görüş çərçivəsində ABŞ nümayəndə heyəti saat 09:45-də Rusiyanın İstanbuldakı Baş Konsulluğuna gəlib.
İclasda Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Rusiya və Mərkəzi Avropa üzrə müavini Sonata Koulter rəhbərlik edib.
Görüş bir çox türk və xarici mətbuat nümayəndələrinin böyük marağına səbəb olub.
ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce İstanbulda keçiriləcək ikinci iclasda yalnız “səfirlik əməliyyatları”nın müzakirə ediləcəyini, Ukraynanın təhlükəsizliyi və ya hər hansı digər siyasi və ya təhlükəsizlik məsələlərinin gündəmdə olmayacağını bildirmişdi.
"ABŞ və Rusiya nümayəndə heyətləri aprelin 10-da İstanbulda ikinci dəfə görüşəcək, ikitərəfli missiyalarımızın əməliyyatlarının daha da sabitləşdirilməsində irəliləyiş əldə etməyə çalışacaqlar", - Bruce deyib.
Rusiya və ABŞ nümayəndə heyətləri ilk olaraq fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir araya gələrək, ikitərəfli əlaqələrin bərpası və Ukraynada müharibənin dayandırılması kimi mövzuları müzakirə ediblər.
ABŞ və Rusiya nümayəndə heyətləri səfirliyin fəaliyyətini müzakirə etmək üçün fevralın 27-də İstanbulda ABŞ Baş Konsulluğunun iqamətgahında ilk görüşünü keçirib.
Türkiyə həm sülhə töhfə verməyə, həm də danışıqlara ev sahibliyi etməyə sadiqdir.
Nigar,
Sitat.info