Trampın xüsusi nümayəndəsi Putinlə görüşə gedir

10:37 11 Aprel 2025

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyaya səfərə yollanıb.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Axios” portalı yayıb. 

Məlumata görə, o, Rusiyada ölkə Prezidenti Vladimir Putinlə görüşəcək.

Bununla belə, ABŞ Dövlət Departamenti səfərlə bağlı məlumatı şərh etməyib.



Xəbər xətti