Ərdoğan CHP sədrini ikinci dəfə məhkəməyə verdi: Təzminat tələb edildi

23:11 11 Aprel 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə qarşı daha bir məkməmə iddiası qaldırıb.

Sitat.info "Anadolu"ya istinadən xəbər verir ki, iddiaya səbəb Özelin aprelin 9-da Şişli bələdiyyəsi qarşısında etdiyi çıxışda işlətdiyi ifadələr olub.

Məlumata görə, iddia 500 min lirə məbləğində mənəvi təzminat tələbi ilə açılıb.

Xatırladaq ki, aprelin 8-də Ərdoğan Özelə qarşı oxşar iddia ilə məhkəməyə müraciət edib. Buna partiya rəhbərinin 1-ci növbədənkənar qurultay zamanı prezidenti hədəf alan haqsız ifadələri səbəb olub.



Xəbər xətti