Tramp: "Rusiyanın Ukraynaya hücumları Baydenin səhvidir"

09:59 14 Aprel 2025

Tramp bu gün təyyarədə jurnalistlərə açıqlama verib.

Sitat.info xəbər verir ki, Rusiyanın Sumiyə hücumu ilə bağlı suala Tramp deyib: “Mən bunun dəhşətli olduğunu düşündüm”. 

Bütün müharibələrin "dəhşətli bir şey" olduğunu qeyd edən Tramp əlavə edib ki, o prezident olsaydı, ABŞ heç vaxt müharibənin başlamasına icazə verməzdi və bu müharibə biabırçılıqdır. 

Tramp müharibənin başlamasının Baydenin günahı olduğunu ifadə edib: "Bu, mənim müharibəm deyil. Bu, Baydenin müharibəsidir. Mən sadəcə onu dayandırmağa və çox sayda insanın həyatını xilas etməyə çalışıram". 

Tramp deyib ki, Baydenin yerinə prezident olsaydı, Rusiya-Ukrayna müharibəsi heç vaxt başlamazdı: "Mən olsaydım, Putin müharibəyə başlamazdı. Putin Baydenə hörmət etməyib və buna görə müharibəyə başlayıb".

Tramp bildirib ki, müharibə olmasaydı, indi müharibə nəticəsində həlak olan milyonlarla insan sağ idi. 

Nigar,

Sitat.info

 



Xəbər xətti