Pilotsuz təyyarələr Rusiyanın 112-ci raket briqadasına yenidən zərbə endirib.
Sitat.info UNİAN-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın ASTRA Teleqram kanalının verdiyi məlumata görə, hadisə şahidləri 112-ci briqadanın yerləşdiyi hərbi hissəyə pilotsuz təyyarənin hücumu anını videoya çəkiblər. Görüntülər internetdə yayılıb.
Videoda gecə hücumundan sonra Şuyada yanğının başladığı görünür.
ASTRA geolokasiya edib ki, video 112-ci Qvardiya Raket Briqadasının hərbi şəhərciyindən təxminən 180 metr aralıda, hərbi hissənin birbaşa arxasında yerləşən Şuyadakı Kooperativnaya küçəsində çəkilib.
Səid,
Sitat.info
Удар по ракетной бригаде