Sabah Bakının bu ərazilərində qaz olmayacaq

23:27 12 May 2025

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.

Bu barədə Sitat.info-ya “Azəriqaz” İB-dən bildirilib.

Bu məqsədlə 13.05.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Maştağa və Qızıldaş qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



Xəbər xətti