İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etna gecə saatlarında güclü kül və lava püskürüb.
Sitat.info xəbər verir ki, Etna dağının cənub-şərq kraterində 2900 metr yüksəklikdə dünən axşam saatlarında başlayan və gecə saatlarında güclənən kül və lava atma fəaliyyəti bu gün səhər saatlarına qədər davam edib.
Cənub-şərq kraterindən sızan maqma vulkanın yamacından cənub-şərq istiqamətində intensiv lava axınına səbəb olub.
Mətbuatda yer alan xəbərə görə, Etnanın səpdiyi kül yaxınlıqdakı yaşayış məntəqələrinə, xüsusən də Zafferana Etnea qəsəbəsinə düşüb, kül buludu şərq və cənub-şərqə dağılıb.
Nigar,
Sitat.info