Hindistandan Pakistana növbəti hücum: 15-i uşaq olmaqla 40 nəfər öldü

14:41 13 May 2025

Pakistan ordusu Hindistanın başlatdığı "Sindoor əməliyyatı"nda 15-i uşaq olmaqla 40 mülki vətəndaşın həyatını itirdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, açıqlamada hücum nəticəsində 15-i uşaq, 7-si qadın olmaqla 40 mülki şəxsin həyatını itirdiyi, 121 mülki vətəndaşın isə yaralandığı bildirilib.

“Sindoor əməliyyatı” nəticəsində 11 hərbçinin öldürüldüyü, 78 nəfərin isə yaralandığı bildirilir. O da qeyd edilir ki, Pakistanın suverenliyinə və ya ərazi bütövlüyünə meydan oxumağa yönələn hər cür cəhdə çevik, hərtərəfli və qətiyyətli cavab veriləcək” deyilir. ifadəsindən istifadə edilmişdir.

Xatırladaq ki, aprelin 22-də Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq Hindistanın mayın 6-da Pakistan ərazisinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə raket zərbələri endirməsindən sonra tərəflər arasında qarşıdurma baş verib.

İki ölkə ABŞ-ın vasitəçiliyi ilə mayın 10-da atəşkəs elan edib.

Hindistanın Baş naziri Narendra Modi dünən Pakistana qarşı "Sindoor əməliyyatı"nı dayandırdıqlarını bildirərək, lazım bildikləri təqdirdə davam etdirə biləcəklərini bildirmişdi.

Səid.

Sitat.info



Xəbər xətti