Nigeriyanın Kvara əyalətində əsgərləri daşıyan qayığın çayda batması nəticəsində ilkin məlumata görə, 37 nəfər ölüb.
Sitat.info xəbər verir ki, yerli mətbuatda çıxan xəbərlərə görə, bazardan qayıdan insanları daşıyan qayıq Kvara əyalətinin Qajibo bölgəsində çayda batıb.
İlkin məlumata görə, qəza nəticəsində 37 nəfər həyatını itirib, onlarla insan itkin düşüb.
Rəsmilər qayıqda təxminən 150 nəfərin olduğunu və ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Ölənlərin sayının artacağı gözlənilir.
Nigar,
Sitat.info