Beşinci ulduza qoşulan ulduz

21:02 11 İyun 2025

Qalatasaray" və "Fənərbaxça"nın transfer siyahısında olan Leroy Sane ilə bağlı artıq nəticəyə gəlinib.

İtalyan jurnalist Fabrizio Romano "Qalatasaray"ın Leroy Sane ilə bağlı danışıqlarının müsbət irəlilədiyini vurğulayaraq, futbolçunun sarı-qırmızılı komandaya yaxın olduğunu iddia edib.

Xəbərdə futbolçunun müqavilə başa çatdıqdan dərhal sonra İstanbula gələcəyi və sarı-qırmızılı klubla 3 illik müqavilə imzalayacağı bildirilib. Transfer baş tutsa, "Qalatasaray" sərbəst agent statusunda olan Sane üçün transfer haqqı ödəməyəcək.

29 yaşlı vinger “Qalatasaray” ilə 2028-ci ilin yayına kimi müqavilə imzalayacaq. Leroy Sane bu gecə tibbi müayinədən keçmək üçün İstanbul şəhərinə yollanacaq.Sane ilə “Arsenal”, “Fənərbaxça” və “Al Hilal” yaxından maraqlanırdılar.

Əlisahib.

Sitat.info



Xəbər xətti