Sumqayıtda DƏHŞƏT - 41 yaşlı qadın hamamda yıxılıb öldü

10:30 29 Sentyabr 2025

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Sitat.info xəbər verir ki, sentyabrın 25-i saat 21 radələrində Hacı Zeynalabdin qəsəbəsində yerləşən yataqxanada yaşayan 1984-cü il təvəllüdlü Yeganə Qasımova ümumi hamam otağında yıxılıb. Baş nahiyəsindən xəsarət alan qadın vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.



Xəbər xətti