Bakıda Milli Məclisin qarşısında avtomobil YANIB

09:59 1 Oktyabr 2025

Bakıda Milli Məclisin qarşısında avtomobil yanıb.

Hadisə bu gün səhər saatlarında Parlament prospektində qeydə alınıb.

İlkin məlumata görə, "KIA Rio" avtomobilində yanğın baş verib. Yanğının səbəbi barədə heç bir məlumat yoxdur.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunublar.

Yanğın qısa müddətdə söndürülüb.

Oxu.az



Xəbər xətti