Kristiano Ronaldo tarixdə ilk milyarder futbolçu olub.
Sitat.info xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Bildirilib ki, milyarderlər sırasına daxil olan futbolçunun ümumi sərvəti hazırda 1,4 milyard dollar təşkil edir.
Qeyd edək ki, Ronaldo CR7 brendinin, otellər şəbəkəsinin, idman zallarının və media şirkətinin sahibidir.