Gəncədə qətl hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, 2009-cu il təvəllüdlü 11-ci sinif şagirdi V.R. bıçaqlanıb.
O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Qətli törədən şəxsin müəyyən edilməsi və saxlanılması istiqamətində polis tərəfindən axtarış tədbirləri həyata keçirilir.
Qətlə yetirilən yeniyetmənin 10-cu sinif şagirdi olduğu bildirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.