İmişlidə ağır qəza - 1 ölü, 4 yaralı

15:32 9 Oktyabr 2025

İmişlidə minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzasında ölən və xəsarət alanlar olub.

Sitat.info xəbər verir ki, hadisə bu gün saat 14 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yol kənarına aşıb.

 Hadisə nəticəsində xəsarət alan 5 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, bir nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti