Ağdamda avqustun sonunda atası tərəfindən döyülərək ağır xəsarətlər alan ikiyaşlı Musa Rəhimovun vəziyyəti açıqlanıb.
Sitat.info xəbər verir ki, hazırda onun vəziyyəti stabildir, təhlükəli mərhələni geridə qoyub.
Xatırladaq ki, bu il avqustun 27-də Musa Rəhimov ağır vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Durumunun ağır olması səbəbindən onun Bakıya - Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunmasına qərar verilib. Hazırda da müalicəsi orada davam etdirilir.