Natiq Cəfərli baş bankirlə görüşündən yazdı: "Yaxın illərdə devalvasiya..."

17:57 4 Fevral 2026

"Bu gün Mərkəzi Bankın rəhbəri Taleh Kazımovun dəvəti ilə növbəti, artıq ənənəvi görüşdə iştirak etdim, dəvətə və maraqlı söhbətə görə Taleh müəllimə və komandasına təşəkkür edirəm.

Görüş zamanı MB rəhbəri bir neçə əsas tezis səsləndirdi:

1) Devalvasiya yaxın illərdə olmayacaq, bunun üçün əsas yoxdur. 

2) Depozit və kredit faizlərində ciddi dəyişikliklər gözlənilmir. 

3) Qiymətli kağızlar bazarında bu il yeni addımlar olacaq. 

Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı, REAL partiyasının sədri Natiq Cəfərli  feyzbuk hesabında yazıb.

N.Cəfərli bildirib ki, görüş zamanı artan vergi və cərimə yükünün inflyasiyanı artıra biləcəyini vurğulayıb: "Taleh müəllim dedi ki, hesablamaları var, bu məsələlərin inflyasiyaya təsiri cüzidir, yəni, MB ciddi təsir gözləmir. Mən əksini düşünürəm, hökumətin vergilər, cərimələr, aşırı tənzimləmə ilə bağlı qərarları inflyasiyanı sürətləndirən amillərdən biri olacaq".

İqtisadçı bank tətbiqi vasitəsi ilə ödənilən cərimələrə "xidmət haqqı" tutulması məsələsini də gündəmə gətirib: "Çıxışımda son zamanlar bank tətbiqi vasitəsilə ödənilən cərimələrə 40 qəpik xidmət haqqı tutulmasının doğru olmadığını vurğuladım. Məsələn, DYP 10 manat cərimə edir, tez ödəyəndə 1 manat endirim var, amma, bank ödəniş edəndə 9 manat 40 qəpik çıxır, 40 qəpik xidmət haqqı alır – bu doğru deyil. Taleh müəllim söz verdi ki, bu məsələ ilə bağlı araşdırma aparacaqlar".

Tehran,

Sitat.info

 



Xəbər xətti