İsrail  İranın hava müdafiə sistemlərinə zərbə endirdi

14:12 4 Mart 2026

İsrail ordusunun mətbuat xidməti bildirib ki, İsrail ordusu İrana qarşı hərbi əməliyyatları davam etdirir.

Məlumata görə, zərbələr çərçivəsində ballistik raketlərin saxlanması və istehsalı üçün istifadə edilən obyekt vurulub.

Hədəflər arasında “Qədr” tipli raketlərin yerləşdirildiyi infrastrukturun da olduğu qeyd olunur.

Açıqlamada bildirilir ki, əməliyyatın əsas məqsədi İranın İsrailin təhlükəsizliyini təhdid edə biləcək raket buraxmaq imkanlarını məhdudlaşdırmaqdır.

Bununla yanaşı, İsrail İranın hava hücumundan müdafiə sistemlərinə də zərbələr endirib.

Aytac,

Sitat.info 



Xəbər xətti