Neftin hazırki yüksək qiymətləri nə qədər davam edəcək?

12:59 9 Mart 2026

"Hazırda neftin qiymətinin artmasının yeganə səbəbi İran ətrafında gedən hadisələrdir. Eyni zamanda Körfəz ölkələrinə hücumlar nəticəsində neftayırma  zavodlarına ciddi ziyan dəyib. Neft hasil edən sahələrdə ciddi ziyan  olmasa da Səudiyyə Ərəbistanı, Küvey, Bəhreyn və Birləşmiş Ərəb Əmirliyi hasilatı azaltmaq qərarını verdi. Çünki hazırda hasil etdiyi nefti sata bilmir, logistik xətlər zədələnib".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, müharibə dayansa belə bir müddət qiymətlərin yuxarı həddi davam edəcək: "Lakin indiki qiymətlər, yəni, 110-120 dollar dəhlizi olmayacaq. Müharibə dayandıqdan sonra neft 80 dollara qədər  düşəcək. Müharibədən əvvəlki 67-68 dollar həddinə düşməsi isə zaman alacaq, 75-80 dollar cıvarında qala bilər. Bir sözlə, neft hasilatı ilə bağlı hər hansı problem olmadığından, fundamental səbəblər işə düşdükdən sonra qiymətlərin indiki həddə qalması mümkün deyil". 

Nigar,

Sitat.info 



Xəbər xətti