"İran İslam Respublikasının Konstitusiyasına görə, 88 nəfərdən ibarət ekspertlər şurası İranın ali dini rəhbərini seçib, Müctəba Xamenei rəhbər seçilib. Sonuncu dəfə bu 1989-cu ildə olmuşdu. O vaxtdan bəri ilk dəfədir ki, bu proses həyata keçirilib. Təbii ki, Müctəba atasının siyasətini davam etdirəcək. Amma ABŞ yeni ali dini liderə təzyiq siyasətindən əl çəkməyəcək. Belə olan vəziyyətdə müəyyən kompromislərə ehtiyac ola bilər".
Bu sözləri Sitat.info-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
E.Nəsirov qeyd edib ki, Müctəba Xamenei kompramis yolunu seçsə, ətrafındakı radikal yönümlü şəxsləri istefaya göndərə bilər: "Yeni dini lider ABŞ və İsraillə danışıqlar üçün ətrafındakı radikal şəxsləri istefaya göndərə bilər. Nə qədər qəribə səslənsə də bu mümkündür. Bu yalnız ABŞ və İsraillə danışıqlar baş tutsun deyə ola bilər. Danışıqlar məsələsində heç bir kompramis olmayacağı təqdirdə yeni ali lider heç kimi dəyişməyəcək, əvvəlki siyasətin davamı olacaq. Bu halda müharibə davam edəcək..".
Səid,
Sitat.info