Senat ABŞ-ın İrana qarşı əməliyyata gündəlik 900 milyon dollar xərclədiyini açıqladı.
Sitat.info xəbər verir ki, senatın nümayəndəsi Con Tune bu sözləri deyib.
"Bu, əhəmiyyətli bir rəqəmdir, amma düşünürəm ki, yaxşı vəziyyətdəyik. Məqsədlərimizə çatırıq. Bu, yerinə yetirilməli olan vacib bir missiyadır və ümid edirəm ki, tezliklə başa çatacaq"- deyə o, bildirib.
The Washington Post qəzeti isə yazır ki, Pentaqon ABŞ-ın İrana qarşı ilkin hücumlarının 5,6 milyard dollarlıq sursat xərclədiyini təxmin edir.
Bu durum artıq ABŞ cəmiyyətində narahatlıq doğurur. Çünki Ağ Evin bu həftə on milyardlarla dollar təşkil edə biləcək əlavə müdafiə büdcəsi tələb etməsi gözlənilir.
Tehran,
Sitat.info