"İran ətrafında münaqişə martın sonuna qədər bitməlidir. Martın sonu, aprelin əvvəli Tramp Çinə gedir və özünü qalib elan edib, gedəcək".
Bu sözləri Sitat.info-ya iqtisadçı ekspert, Real Partiyasının sədri Natiq Cəfərli deyib.
O bildirib ki, əsas məsələ Hörmüz boğazına nəzarətdir: "Qalib elan etmək çətin deyil, amma əsas hədəf Hörmüz boğazına nəzarət etməkdir. Çox güman ki, anlaşma məhz boğazla bağlı olacaq. Adı bəlkə də "Yaxın Şərqdə sülh naminə Tramp adına tanker yolu" olacaq. ABŞ dünyaya total nəzarət etməkdən vaz keçib, əsas hədəf Amerika yarımkürəsinə tam, dünyanın əsas logistik yollarına isə "bloklayıcı səs" prinsipi ilə nəzarət etmək stratigiyasıdır. Taktikası zəif ola bilər, amma strateji hədəfləri çox praqmatıkdir".
N.Cəfərli onu da əlavə edib ki, Trampın hədəfləri beynəlxalq hüquqa ziddir: "ABŞ-ın istəkləri iyrənc, addımları qanunsuz, digər ölkələr və xalqlar üçün qəbuledilməz ola bilər, amma sırf öz maraqlara uyğundur. Dünyanın enerji və logistika xəritəsinə hakim olmaq, elə dünyaya hakim olmaq deməkdir. 80 ildir bu ABŞ-a maddi olaraq çox baha gəlirdi, indi daha ucuz, amma hüquqi olaraq köntöy yolunu tapıb. Bəli, yolunu, "yol" sözünün həm də hərfi mənasında...".
Aytac,
Sitat.info