Hörmüz boğazında mina təhlükəsi: Fransa hərəkətə keçdi

14:25 20 May 2026

Fransa hökuməti Hörmüz boğazında  minaların yerləşdirilməsi ilə bağlı yayılan məlumatları diqqətlə izlədiyini açıqlayıb. Fransanın müdafiə naziri Katerin Vautrin bildirib ki, hazırda Hörmüz boğazında mina yerləşdirildiyini təsdiqləyən dəqiq məlumat yoxdur.

Sitat.info xəbər verir ki, nazir “France Info” radiosuna bu haqda danışıb: “Hazırda bununla bağlı tam əminlik yoxdur. Amma mümkün mina təmizləmə əməliyyatına hazırlaşırıq”.

ABŞ mediası bölgədə azı 10 minanın aşkarlandığını iddia etdikdən sonra Fransa və Böyük Britaniyanın rəhbərlik edə biləcəyi potensial beynəlxalq missiya gündəmə gəlib. Bu məqsədlə mina təmizləyən hərbi gəmilərin bölgəyə göndərildiyi bildirilir.

Fransa həmçinin mina təmizləmə gəmisini də hazır vəziyyətə gətirib. Ekspertlər hesab edir ki, Hörmüz boğazında təhlükəsizlik riskinin artması dünya enerji bazarına və neft daşımalarına ciddi təsir göstərə bilər.

Aytac,

Sitat.info



Xəbər xətti