Bu gün akademik, ziyalı, müəllim... adına kortəbii, rabitəsiz, kütlə zehniyyəti ilə çıxış edən Kamal Abdullaların var olduğu cəmiyyətin Millət vəkillərinin əksəriyyəti (həm də!) Günay Ağamalıların “dərkində” olmalı deyildimi?
Kamal Abdullalar(ın məhz bugün ortaya qoyduğu “təfəkkür” tərzi) elə bugünkü cəmiyyətin acı (hətta faciəvi!) taleyidir, astar üzüdür... Və Kamal Abdullalar(ın sözü, dünyagörüşü, ideyası, düşüncə mötəbərliyi, demokratik dəyərlərə önəmi, ailə mexanizmi ilə bağlı fundamental təhlili, öfkəsi, iradəsi!) bir ziyalı, alim, pedaqoq... kimi öz YERində olsaydı bəsit düşüncə psixologiyasından boylananlar (Günay Ağamalı “təhlilində” olanlar!) Milli Məclisə ayaq açmazdı ki...
İlin-günün bu vaxtında bu gözəlim məmləkətin Kamal Abdullası hər hansısa bir məsələyə “cinsi bölgü” müstəvisində münasibət bildirəcək (həll yolu tapacaq) qədər özünü kütlə girdabına yuvarladırsa... yuvarlada bilirsə... bilibsə vay o mətbəx taleli auditoriyanın halına!
... Fikrinizi ifadə etmək üçün indi sizin söz axtaran vaxtınız deyil, ay gözəlim məmləkətin rektor həzrətləri!
Emil Rasimoğlu (AYB üzvü, şair-publisist):
Sitat.info üçün